Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Ağdaş sakinlərindən odlu silahlar götürülüb

Ağdaş sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.

Boyukmillet.com xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı vətəndaşlardan müxtəlif markalı 7 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 5 tüfəngi könüllü olaraq polis şöbəsinə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …