Bu gün saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Şəmsəbad”, Qazax magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, “Köçəsgər” və “Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Check Also
Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
