Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Fikrət Sadıq vəfat edib

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair, publisist, ssenari müəllifi, kino redaktoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Azərbaycan Dövlət mükafatı laureatı Fikrət Sadıq 86 yaşında vəfat edib.

Bu barədə “Report”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.

F.Sadıq bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1975-ci ildən ömrünün son gününədək Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib. Prezidentin fəxri təqaüdçüsü idi.

Azərbaycanlı yazıçı, rejissor, ssenarist Orxan Fikrətoğlunun atasıdır.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir