Şənbə , 27 İyul 2024
Drone Cameras

Azərbaycan futbol millisinin rəqibləri qələbə qazana bilməyiblər

2018-ci il dünya çempionatının təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan yığma komandalar bu gecə yoldaşlıq görüşləri keçiriblər.

“Report” xəbər verir ki, “C” qrupunun lideri Almaniya səfərdə İtaliya ilə üz-üzə gəlib və matçda hesab açılmayıb.

Son oyunda Robert Prosineçkinin yetirmələrinin 4:0 hesabı ilə məğlub edən Şimali İrlandiya bu dəfə Xorvatiyanı qəbul edib. Həmyerliləri Prosineçkinin qisasını darmadağınla alıblar.

Çexiya yığması isə Danimarka ilə öz meydanında keçirdiyi oyunda erkən qolla hesabı açsa da, üstünlüyünü əldən verib və nəticə etibarı ilə rəqiblərimizin heç biri qalib gələ bilməyib.

Qeyd edək ki, 4 oyundan sonra “C” qrupuna 12 xalla Almaniya yığması liderlik edir. Aktivində 7 xal olan Şimali İrlandiya və Azərbaycan komandaları müvafiq olaraq 2 və 3-cü pillələri bölüşür. Çexiya yığması 5 xalla 4-cü, Norveç isə 3 xalla 5-ci pillədə qərarlaşıb. Qrup sonuncusu San-Marinonun aktivində isə xal yoxdur.

15 noyabr

23:30. Çexiya – Danimarka – 1:1

Qollar: Antonin Barak, 8 – Nikolay Yorgensen, 39

23:45. İtaliya – Almaniya – 0:0

23:45. Şimali İrlandiya – Xorvatiya – 0:3

Qollar: Mario Mancukiç, 9, Duje Kop, 35, Andrey Kramarik, 68

 

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir