Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Ağdaşda avtomobil velosipedçini vuraraq öldürüb

Ağdaş rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

Boyukmillet.com xəbər verir ki, hadisə Qəbələ-Ağdaş magistral yolunun, Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Ağdaş sakini Nicat Abdullayevin idarə etdiyi “VAZ-21065” minik markalı avtomobili ilə yolu keçən velosipedçi, 1977-ci il təvəllüdlü Ağdaş sakini Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlər səbəbindən noyabrın 21-də ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …