Şənbə , 14 Mart 2026
Drone Cameras

AK: Rusiyaya qarşı yeni sanksiyalar gizli ixrac əməliyyatlarını da əhatə edəcək

Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə sanksiyalardan yayınma ilə bağlı mübarizə tədbirləri daxil olacaq.

Boyukmillet.com-un məlumatına görə, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib.

Dombrovskisin sözlərinə görə, onuncu paketə yeni sanksiyalar və onlardan yan keçmə ilə mübarizə ilə bağlı elementlər aiddir.

Bundan əvvəl məlum olub ki, Aİ şirkətlərə əsas texnologiyaları üçüncü ölkələrə sataraq sonradan onları Rusiya Federasiyasına tədarük etməyi qadağan edə bilər.

Aİ-nin sanksiyaları pilotsuz uçuş aparatları sənayesinə və İrandan dronların idxalına təsir göstərə bilər.

Check Also

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd …