Cümə axşamı , 2 May 2024
Drone Cameras

Aksiya başlayandan bəri Xankəndi-Laçın yolundan 585 erməni əsilli şəxsin humanitar məqsədlə istifadəsinə şərait yaradılıb

Bugünədək 585 erməni əsilli şəxsin Xankəndi-Laçın yolunda aksiyanın təşkil olunduğu ərazidən humanitar məqsədlə istifadəsinə şərait yaradılıb.

“Report”un aksiya yerinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar aksiyanın təşkil olunduğu ərazidən istifadə zamanı Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) aid avtomobillərdən yararlanıblar.

Hazırkı vaxtadək ərazidən ümumi olaraq 3 000-dək avtomobilin keçidi təmin olunub.

Bu bir daha onu sübut edir ki, aksiyanın başladığı ilk gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …