Cümə , 17 May 2024
Drone Cameras

İslam İnkişaf Bankı Qrupunun prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankı (IsDB) Qrupunun prezidenti Məhəmməd Əl-Cəsser fevralın 25-də Azərbaycana səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Səfərin məqsədi IsDB ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin potensial əməkdaşlıq sahələrinin genişləndirilməsidir.

İslam İnkişaf Bankının rəhbəri Azərbaycan rəsmiləri, eləcə də tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi məqsədilə ölkənin iri şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.

Məhəmməd Əl-Cəsser, həmçinin Azərbaycanda IsDB tərəfindən maliyyələşdirilən bəzi layihələrin icrası ilə tanış olacaq.

Səfər martın 3-də başa çatacaq.

Check Also

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə …