Cümə , 27 Dekabr 2024
Drone Cameras

Aleksandr Lapşinin məhkəməsində məcburi köçkünlər ifadə veriblər

“Report”un xəbərinə görə, məhkəmədə şahid qismində Eyyub Abduləzimov və Fəxrəddin Səfərov dindirilib.

Onların hər ikisi Şuşadan məcburi köçkündürlər.

E.Abduləzimov deyib ki, istənilən şəxs istədiyi yerə səfər edə bilər. O, cümlədən də Lapşin arzuladığı ölkəyə səfər edə bilər. Amma bu, Azərbaycanın dövlət sərhədlərini pozmaq hesabına olmamalıdır: “Azərbaycanın sərhədlərini pozmağa heç kimin ixtiyarı yoxdur. Bu adam Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Adamdan soruşmazlarmı ki, Dağlıq Qarabağ nə vaxtdan müstəqil olub? Dağlıq Qarabağ və ona bitişik ərazilər Azərbaycanın torpağıdır. İndi həmin torpaqlar, həmçinin bizim ev-eşiyimiz, babalarımızın məzarı işğal altındadır. Belə bir vəziyyətdə Lapşin həmin əraziləri erməni torpaqları kimi təqdim edir”.

O, ifadəsinin sonunda Lapşinə layiqincə cəza verilməsini istəyib: “Görəsən bu adam saxlanıldığı müddətdə səhvini etiraf etdimi? Çünki belələri bir milyon məcburi köçkünün öz evlərinə qayıtmaq ümidini qırır”.

Digər şahid Fəxrəddin Səfərov da Lapşini ilk dəfə Belarusiyadan Azərbaycana ekstradisiya edilərkən gördüyünü deyib.

Amma dediyinə görə onun Azərbaycan əleyhinə çıxışlarından əvvəllər də xəbərdar olub.

Şuşada tikdirdiyi üçmərtəbəli evdə indi də ermənilərin yaşadığını deyən şahid azərbaycanlıların ermənilərdən fərqli olaraq humanist millət olduğunu deyib: “Mən döyüşəndə qarşıma bir erməni qadın və uşaq çıxdı. Ətrafdakıların heç birinin ona toxunmasına imkan vermədim. Onlara dedim ki, yanında körpə var. Onları gətirib Daşaltı tərəfdə o zamankı müdafiə naziri Rəhim Qazıyevə və Şuşanın polis rəisi Vahid Bayramova göstərdim və onları buraxdıq. Halbuki ermənilər Xocalıda 6 yaşlı qız uşağına təcavüz etmişdilər. Onu Yevlax xəstəxanasına çatdırsaq da xilas edə bilmədik. Onların ən tanınmışlarından olan Zori Balayan özü yazırdı ki, “Xocalıda 11 yaşlı qız uşağını ağaca bağladım. Sinəsini kəsdim. İtdən əmələ gəlmişin qanının axıb ölməsini gözlədim”. Bax, bizim ermənilərdən fərqimiz budur”.

O, Lapşinin qanun çərçivəsində cəzalandırılmasını istəyib. Şahid Lapşinin öz səhvini etiraf etməsinin vacibliyini də vurğulayıb: “İstərdim ki, o, səhvini etiraf etsin. Ermənilər şəxsən məni qaçqın edib. Bundan ağır yük yoxdur. Belələri də gedib erməniləri müdafiə edir”.

Məhkəmə prosesinə sədrlik edən hakim məlumat verib ki, dindirilməmiş 4 şahid qalıb. Onlardan biri də Lapşinin anasıdır.

Proses iyulun 6-da davam etdiriləcək.

***

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məcbur köçkünlər ifadə veriblər. Onlar Lapşinin Dağlıq Qarabağa səfərini pisləyiblər.

Proses iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir