Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ali Məclisin Sədri: “2020-ci ildə də Naxçıvanda inkişaf davamlı xarakter alacaq”

“Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcək”.

Bunu beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 21-də keçirilən onbirinci sessiyasında muxtar respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov deyib. 

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında məruzə edən V.Talıbov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında sabitlik, inkişaf və yüksək rifah var. 

O bildirib ki, sosial-iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi bütün sahələrdə inkişafı təmin edib: “Azərbaycanın Naxçıvan Muxtar Respblikasının xarici ölklərlə əlaqələri də genişlənib. 2019-cu ildə müxtəlif səviyyəli 44 xarici nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Bundan başqa, muxtar respublikanın nümayəndə heyətləri 46 dəfə xarici səfərlərdə olub, müxtəlif elmi, mədəni, iqtisadi, səhiyyə, idman və digər tədbirlərdə iştirak ediblər”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …