Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada idmanın inkişafının təmin edilməsi məqsədilə qərara alıram:
1. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir
2020-2025-ci illər üçün Naxçıvan Muxtar
Respublikasında idmanın inkişafına dair
DÖVLƏT PROQRAMI
I. Giriş
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlər əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır. Muxtar respublikada fəaliyyət göstərən 58 idman müəssisəsi və 886 idman obyektində 40 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.
2019-cu ildə muxtar respublikada 5 beynəlxalq, 1 ölkə səviyyəli olmaqla 386 idman tədbiri keçirilmiş, idmançılarımız Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə, Azərbaycan birinciliklərində yüksək nailiyyətlər əldə edərək muxtar respublikamızın idman nüfuzunu qaldırmağa müvəffəq olmuşlar.
Muxtar respublikada idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan proqram müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradacaqdır.
II. Proqramın məqsədi
Proqramın məqsədi aşağıdakılardan ibarətdir:
-əhalidə sağlam həyat tərzinin formalaşdırılması;
-uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi;
-istedadlı idmançıların üzə çıxarılması;
-bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi;
-idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması.
III. Gözlənilən nəticələr
Dövlət Proqramda nəzərdə tutulan tədbirlərin icrasından gözlənilən nəticələr aşağıdakılardır:
-cəmiyyətdə sağlam həyat tərzi formalaşacaq;
-bədən tərbiyəsi və idman kütləvi xarakter alacaq;
-beynəlxalq əməkdaşlıq imkanları genişlənəcəkdir.
IV. Dövlət Proqramının maliyyələşdirilməsi
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
V. Proqramın həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI
№ | Tədbirin məzmunu | İcraçı | İcra müddəti | ||
Muxtar respublikada idmanın kütləviliyiniartırmaq üçün həyata keçirilən tədbirlər | |||||
1.1. | Əhalinin fiziki inkişafa, sağlam həyat tərzinə olan tələbatının ödənilməsi, idmanın kütləviliyinin təmin edilməsi | Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,şəhər və rayon icra hakimiyyətləri | Mütəmadi | ||
1.2. | İdman sahəsində qarşılıqlı fəaliyyət planlarının hazırlanıb həyata keçirilməsi | Gənclər və İdman Nazirliyi, idman federasiyaları | İldə bir dəfə | ||
1.3. | Gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, onların vətənin müdafiəsinə hazırlanması istiqamətində tədbirlərin görülməsi, hərbi idman oyunlarının təşkili | Naxçıvan Hərbi Qarnizonu,Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi | Mütəmadi | ||
1.4. | Muxtar respublikada idmanın müxtəlif növlərinin inkişafı məqsədilə federasiya, klub və digər ictimai birliklərin ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakının təmin edilməsi | Gənclər və İdman Nazirliyi, idman federasiyaları | Mütəmadi | ||
1.5. | “İdman festivalı”nın keçirilməsi | Gənclər və İdman Nazirliyi, idman federasiyaları | İldə bir dəfə | ||
1.6. | Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idman sahəsində investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, pullu xidmət növlərinin inkişaf etdirilməsi | Gənclər və İdman Nazirliyi,İqtisadiyyat Nazirliyi | 2020-2025-ciillər | ||
1.7. | Muxtar respublikada idman turizminin inkişaf etdirilməsi | Gənclər və İdman Nazirliyi, Turizm Departamenti | Mütəmadi | ||
1.8. | Bütün təhsil müəssisələrində idman klublarının yaradılması və idmanın müxtəlif sahələri üzrə şagird və tələbələrin idmana cəlb olunması | Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri | Mütəmadi | ||
1.9. | Bədən tərbiyəsi və idman vasitəsi ilə xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınması, bu sahədə tədbirlərin görülməsi, layihələrin hazırlanması | Gənclər və İdman Nazirliyi,Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi | Mütəmadi | ||
1.10. | Sağlamlıq imkanları məhdud şəxslərin bədən tərbiyəsi və idman vasitəsi ilə reabilitasiyası, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsi | Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi | Mütəmadi | ||
Kadr təminatı və tədrisin təşkili | |||||
2.1. | Bədən tərbiyəsi və idman sahəsində tədrisin səviyyəsinin yüksəldilməsi, pedaqoji kadrların peşə hazırlığının təkmilləşdirilməsi və tədrisin ixtisaslı müəllimlər tərəfindən aparılmasının təmin edilməsi | Təhsil Nazirliyi,Naxçıvan Dövlət Universiteti | Mütəmadi | ||
2.2. | Uşaq-gənclər idman məktəblərinin fəaliyyətinin gücləndirilməsi, təhsil müəssisələrində idman yarışları və spartakiadaların təşkil edilməsi | Təhsil Nazirliyi,Gənclər və İdman Nazirliyi | Mütəmadi | ||
2.3. | Muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili | Gənclər və İdman Nazirliyi, idman federasiyaları | Mütəmadi | ||
2.4. | Ali təhsil müəssisələrində hamiliyə götürülən ixtisaslarda gənclərlə işin aparılması, istedadlı gənclərin muxtar respublikanın idman həyatında aktiv iştirakının təmin edilməsi | Gənclər və İdman Nazirliyi | Mütəmadi | ||
2.5. | Ali təhsil müəssisələrində idman sahəsi üzrə kadr hazırlığı işinin gücləndirilməsi | Naxçıvan Dövlət Universiteti,“Naxçıvan” Universiteti | 2020-2022-ciillər | ||
2.6. | Muxtar respublikada idmanın müxtəlif növləri üzrə məktəblərin yaradılması | Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları | 2020- 2025-ciillər | ||
3. Bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın möhkəmləndirilməsi | |||||
3.1. | İdman infrastrukturunun modernləşdirilməsi | Gənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, idman federasiyaları | 2020-2025-ciillər | ||
3.2. | Yaşayış yerləri və kütləvi istirahət zonalarında əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün xüsusi sahələrin ayrılması | Gənclər və İdman Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri | 2020-2025-ciillər | ||
3.3. | İstirahət parklarında sadə idman qurğularının quraşdırılması və idman güşələrinin yaradılması, əhalinin bütün təbəqələrinin bu qurğulardan istifadəsi üçün tədbirlərin görülməsi | Gənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, şəhər və rayon icra hakimiyyətləri | 2020-2025-ciillər | ||
3.4. | Ağbulaq Xizəksürmə Mərkəzinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Turizm Departamenti | 2020-ci il | ||
3.5. | Sağlamlıq imkanları məhdud şəxslər üçün İdman Kompleksinin yaradılması | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Paralimpiya Federasiyası | 2023-cü il | ||
3.6. | Ordubad Şəhər Stadionunun yenidən tikilməsi | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 2020-ci il | ||
3.7. | Muxtar respublikanın kəndlərində stadionların müasir tələblər səviyyəsində qurulması | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,rayon icra hakimiyyətləri | 2020-2025-ciillər | ||
4. İdman sahəsində beynəlxalq əməkdaşlıq | |||||
4.1. | İdman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, idmançıların beynəlxalq turnirlərdə iştirakının təmin edilməsi | Gənclər və İdman Nazirliyi, idman federasiyaları | Mütəmadi | ||
4.2. | Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” Beynəlxalq Şahmat Festivalının keçirilməsi | Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası | 2020- 2025-ciillər | ||
4.3. | Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş cüdo üzrə Beynəlxalq turnirin keçirilməsi | Gənclər və İdman Nazirliyi,Güləş Federasiyası | May2020-ci il | ||
4.4. | Naxçıvan şəhərində “Karate üzrə Dünya Kuboku”nun keçirilməsi | Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası | May2020-ci il | ||
4.5. | Naxçıvan şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinin təmin edilməsi | Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası | Oktyabr2020-ci il | ||
4.6. | Şahmat, güləş, cüdo, karate-do, boks, futbol, voleybol, ağırlıqqaldırma, yüngül atletika, atıcılıq,basketbol,hava və ekstremal idman növləri üzrə Türkiyə və İran İslam Respublikaları ilə əməkdaşlığın genişləndirilməsi, yoldaşlıq görüş- lərinin keçirilməsi | Gənclər və İdman Nazirliyi,idman federasiyaları | Mütəmadi | ||
5. Bədən tərbiyəsi və idman sahəsində təminatlar | |||||
5.1. | Bədən tərbiyəsi və idman sahəsində xidmətlərə və nailiyyətlərə görə idmançıların əməyinin qiymətləndirilməsi | Gənclər və İdman Nazirliyi, idman federasiyaları | Mütəmadi | ||
5.2. | İdmançıların sosial problemlərinin həlli üçün tədbirlərin görülməsi | Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyətləri,idman federasiyaları | Mütəmadi | ||
6. İdmanın təbliği sahəsində maarifləndirici tədbirlər | |||||
6.1. | Yeniyetmə və gənclər arasında idman növlərinin təbliği ilə bağlı təşviq bukletlərinin hazırlanması, bu sahədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işlərinin aparılması | Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi,Gənclər Fondu | Mütəmadi | ||
6.2. | İdmanın təbliği ilə bağlı startap layihələrin hazırlanması, müasir texnologiyaların imkanlarından istifadə edilməsi | Gənclər və İdman Nazirliyi,Gənclər Fondu | Mütəmadi | ||
6.3. | Bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı gənclərin reabilitasiyasında əhəmiyyəti ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi | Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyası | Mütəmadi | ||
6.4. | İdman yarışlarının keçirilməsinə və təbliğinə “İdman könüllüləri”nin cəlb edilməsi | Gənclər və İdman Nazirliyi,Gənclər Fondu | Mütəmadi | ||
6.5. | İdmanın ayrı-ayrı növləri üzrə maarifləndirici sosial çarxların hazırlanması və təbliği | Gənclər və İdman Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi | 2020-2025-ciillər | ||
6.6. | İdmanın təbliği ilə bağlı teleradio və qəzet materiallarının hazırlanması | Muxtar respublikanın kütləvi informasiya vasitələri | Mütəmadi | ||