Cümə , 5 Dekabr 2025
Drone Cameras

Ali Məclisin Sədri Sərəncam imzaladı, RTÖM publik hüquqi şəxsə çevrildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 1-də Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com-ın məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsə çevrilsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. Publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər  məsələləri həll etsin”.

Check Also

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan …