Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Alimlərdən yeni pandemiya riski barədə XƏBƏRDARLIQ

Alimlər daha çox yarasalardan insanlara keçən “Nipax” virusuna görə yeni pandemiyanın yaranması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Boyukmillet.com bu barədə “Express”ə istinadən məlumat verir.

Mütəxəssislər qeyd ediblər ki, xəstəlik hər il Banqladeş və Hindistanın sıx məskunlaşmış ərazilərində yaranır. Onların sözlərinə görə, insanlar virusa üzərində yarasaların tüpürcəyinin olduğu meyvələr vasitəsilə yoluxur.

Alimlər vurğulayıblar ki, xəstəliyin virusla yoluxmadan sonra ölüm sayı 90% təşkil edir. Bu halda onun dərmanı və peyvəndi yoxdur.

Onlar əlavə ediblər ki, “Nipax” SARS-CoV-2-la müqayisədə insandan insana daha mürəkkəb şəraitdə ötürülür, ancaq onun yayılması sürətlənir və istisna deyil ki, virusun dəyişmiş xüsusiyyətli ştamları artıq yarasalardadır.

“Və əgər bu olsa, xəstəlikdən ölüm halları geniş yayıla bilər”, – həkim Conatan Epşteyn deyib.  /Modern.az/

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …