Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Allahverdi, İmamverdi, indi də Cəlal: Ermənilərin övladlarına azərbaycanlı adları vermək ƏNƏNƏSİ…

Allahverdi, İmamverdi. Yəqin xatırladınız, Cəfər Cabbarlının “1905-ci ildə” pyesində səngərdə qarşı-qarşıya gələn qonşular, azərbaycanlı və erməni…

Ermənilər həmişə övladlarına Azərbaycanlı adı qoyublar. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz.

Sadəcə, dünya çapında oturuşmuş bir məsələ var ki, hər zaman gəlmələr aborigenlərə yaxın olmaq üçün  özlərini onların mədəniyyətinə, məişətinə yaxın göstərməyə çalışıb, övladlarına onlara məxsus adları qoyublar. Bəli, bu, dünyanın hər yerində gəlmələrə məxsus xüsusiyyətdir.

İndi ermənilər nə qədər danmağa çalışsalar da, gəlmə xüsusiyyətləri onlarda özünü hər zaman biruzə verib.

Çox da uzağa getməyək.

Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında yaradılan qondarma rejimdə kadr dəyişikliyi olub.

Rejimin yeni “müdafiə naziri” postuna Cəlal Arutunyan təyinat alıb. Yeni komandirin ermənilər arasında rast gəlinməyən, Cəlal adını daşıması istər erməni, istərsə də işğal altındakı regionda baş verənləri monitorinq edən azərbaycanlı jurnalistlərin marağını çəkib.

Modern.az məsələ ilə bağlı sosial şəbəkələrin erməni seqmentində kiçik araşdırma aparıb. Bu araşdırma Qarabağda yaşayan ermənilər arasında övladlarına müsəlman adları vermək ənənəsinin uzun illər mövcud olduğunu göstərir.

Armen Manas adlı erməni istifadəçisi sosial şəbəkədə öz fikirlərini bölüşərək “Maraqlı addı…Cəlal…ilk dəfədir ki, erməni də bu adı eşidirəm”-deyə sual edib.

Digər istifadəçi Gevond Saqatelyan isə onun təəccüb dolu sualına geniş şərh verib.

“Erməni knyazı Həsən Cəlalın adı bəs səni narahat etmir? Qarabağda neçə-neçə Cəlal tanıyıram ki, onlardan 2-si Vəngli kəndində yaşayırlar. Bundan başqa, Qarabağda Baba, Fəridə, Gülzar, Rövşən, Əlixan və s. adlar daşıyan insanlar yaşayır. Yer gəlmişkən, mənim əmimoğlu Əlixan müharibə iştirakçısıdır”.

Müzakirələrə qoşulan Nune Ariyanın fikirləri isə Qarabağ erməni arasında müsəlman adlarının yayqın olması səbəbini daha məntiqli izah edirdi.

“Ailədə uşaq ölümləri tez-tez baş verəndə, xristian ölüm mələyini aldatmaq üçün yeni doğulan körpəyə müsəlman adı qoyurdular. Mənim xalamın adı Leyla idi. O, 5 qardaş-bacısının ölümündən sonra doğulmuşdu”.

Virtual debatın sonunda isə Boris Mirzoyan adlı istifadəçi öz soydaşlarını vətənpərvər olmamaqda, ermənilərin müsəlman adları ilə yanaşı, Con, Hamlet, Henrix, Artur və Robert kimi Qərb adlarını da geniş istifadə etməsini tənqid atəşinə tutub.

“Qoy üstümə hamı daş atsın, amma bizdə qeyri-erməni adlarının sayı həddən artıq çoxdur. İndiki  və keçmiş hakimiyyətin axmaqlığı ucbatından biz tezliklə, nəinki tarixdəki yerimizi, həm də adlarımızı da itirəcəyik”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …