Almaniyanın “Allianz” sığorta şirkəti Rusiyadakı aktivlərinin satışını başa çatdırıb. Hazırda onlar yerli “İnterxoldinq” firmasına məxsusdur.
Boyukmillet.com xəbər verir ki, bu barədə sığorta şirkətinin nümayəndəsi bildirib.
Uzun bir razılaşdırma prosesindən sonra “Allianz” Rusiya portfelinə tam nəzarəti “Zetta Insurance Group”a satıb.
Qeyd edək ki, “Allianz” noyabr ayında müqavilənin Rusiya tənzimləyiciləri tərəfindən gecikdirildiyini açıqlamışdı.
Xatırladaq ki, “Allianz” Rusiya Ukraynanı işğal etdikdən qısa müddət sonra ölkədə yeni sifarişlər qəbul etməyi dayandırıb.
Şirkət Rusiyadakı biznesində 49,9 % payı saxlayacağını, lakin bölmənin əməliyyat fəaliyyətində iştirakını dayandıracağını bildirib. Şirkət aktivlərin satışının “Allianz”ın xalis mənfəətinin 400 milyon avro azalmasına səbəb olacağını vurğulayıb.