Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Almaniyada 156 Azərbaycan vətəndaşı barədə deportasiya qərarı verilib

Bu ilin ilk yarısında Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə (BAMF) Azərbaycan Respublikası vətəndaşlarına sığınacaq verilməsi prosedurları ilə bağlı 422 qərar qəbul edib.

Federal İdarədən “Report”un Avropa bürosunun sorğusuna cavabda bildirilib ki, baxılan işlərdən 39-u barədə mühafizə statusu verilib,156 işlə bağlı isə qərar mənfi olub. Həmin şəxslərlə bağlı yerli idarə məhkəmələri deportasiya qərarı çıxarıb.

“Dublin prosedur”na görə, ilk viza aldığı Avropa ölkəsinə göndərilmə və ya könüllü qayıdışla bağlı qərarların sayı isə 227 olub.

BAMF-dan bildirilib ki, bu ilin ilk altı ayında federal idarəyə ümumi müracitələrin sayı 97 249 olub.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …