Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Alparslan Türkeşin vəfatından 21 il ötür

Türk zabiti və siyasətçisi Alparslan Türkeşin vəfatından 20 il ötür

Bu gün böyük lider, türk dünyasının əfsanəvi siması Alparslan Türkeşin (Başbuğun) vəfatının 21-ci ildönümüdür. Alparsan Türkeş 1917-ci ildə Lefkoşada (Şimali Kipr) anadan olub. 1933-cü ildə, yeniyetmə yaşında ailəsi ilə birgə İstanbula köç edib. Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına xidmətə həsr eləyib.

Hələ orta məktəb illərindən özünün türkçülüyü ilə fərqlənən Türkeş sonadək türkçülüyə sadiq qalıb və bu yolda hədsiz xidmətlər göstərib. Məhz bu xidmətlərinə görə ona Başbuğ adı verilib.

O, türk-milliyyətçi kəsimin (“Bozqurd”ların, Ülküçülərin) mənəvi atası, ölməz lideri hesab olunur. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının banisidir. Alparsalan Türkeş həm də şanlı türk ordusunun polkovniki olub. 

Alparslan Türkeş siyasi türkçülüyün ideoloji bazasını yaradanlardan biri hesab olunur. Onun “Dış türklər” postulatı Türkiyədə uzun illər tənqid olunsa da, SSRİ dağılan kimi bu böyük liderin nə qədər uzaqgörən və haqlı olduğu dərhal üzə çıxdı. Türkiyə dövlətinin həmin zamanlarda SSRİ-dən qopan türk dövlət və topluluqları ilə bütün əlaqələri hazır mexanizmləri olan Milliyyətçi Çalışma Partiyasının, Alparsalan Türkeşin üzərindən oldu. Çünki dövlət özü bu cür gəlişməyə hazır deyildi.

Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verirdi. Azərbaycan türklərinin lideri və daha sonra prezidenti olan Elçibəylə xüsusi dostluq münasibətləri var idi. Türkeçin təlimatı ilə xeyli sayda ülküçü gənclər 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşlarda qəhrəmanlıqlar göstəriblər. Onun göstərişi və Elçibəy iqtidarının qatqısı ilə Tovuzun Kirən kəndində qurulan “Ruzigar” əsgəri düşərgəsi türk dünyasında bir əfsanə, o düşərgənin yaşayan könüllüləri isə qəhrəman obrazındadırlar.

(İnterpress.az)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir