Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Altay dili qədim Türk dillərinin əsasını təşkil edir” – Putindən maraqlı cavab

Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi ənənəvi illik mətuat konfransında qədim Türk dil qrupları ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.

BOYUKMILLET.COM xəbər verir ki, mətbuat konfransında Türksoylu Altay bölgəsindən olan bir müxbir Putinə “Altay Respublikasında bir şəhərdə uşaqlara altay dilini öyrədən yalnız bir məktəb var” deyib.

Putin isə müxbirə bu şəkildə cavab verib: “Altay, ümumiyyətlə, ən qədim Türk dillərinə aid bir dildir. Əslində bu, bütün digər Türk dillərinin əsasını təşkil edir. Demək olar ki, 100 faiz deyil, amma böyük dərəcədə. Əgər məktəb acınacaqlı vəziyyətdədirsə, xüsusən də milli dildə tədris edən bir məktəbdirsə, bu, əlbəttə ki, yolverilməzdir. Mənə məktəbin xilasını və yenidən qurulmasını xahiş etdiniz. Söz verirəm, bunu edəcəyik”.

Xatırladaq ki, 2015-ci ilin dekabr ayında illik mətbuat konfransında jurnalistlərin sualına cavabında  Putin, “Rusiyanın türksoylu  xalqları Rusiyanın bir parçasıdır. Bu çərçivədə Türk xalqları və digər Türkdilli xalqlar bizimlə dostdur”  demişdi.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …