Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şöbələr yaradılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Belə ki, Akademiyada sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, elektron imza texnologiyasının tətbiqi, onun kompleks olaraq kibertəhlükəsizliyinin təmin edilməsi və s. istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədi ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elmi informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA-nın Qafqazşünaslıq İnstitutunda daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində İnformasiya şöbəsinin və Veb sayt qrupunun bazasında Elektron xidmətlər şöbəsinin, AMEA-nın Naxçıvan Bölməsində Beynəlxalq əlaqələr və informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Beynəlxalq əlaqələr şöbəsinin və Elektron xidmətlər şöbəsinin, AMEA-nın Gəncə Bölməsində İnformasiya texnologiyaları şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elmi-texniki informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin və AMEA-nın “Elm” Nəşriyyatında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …