Şənbə , 11 May 2024
Drone Cameras

Amerikalı müəllimlər Xocalı və Kəlbəcərdən olan şagirdlərə ingilis dili keçiblər   

ABŞ-ın Azərbaycandakı səfirliyininin dəstəyi ilə Xocalı və Kəlbəcərdən olan şagirdlər üçün ingilis dili proqramı təşkil edilib.

Bu barədə səfirlikdən bildirilib:

“Xocalı və Kəlbəcər məktəblərinin şagirdlərini ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən ingilis dili proqramını uğurla başa vurmaları münasibətilə təbrik edirik! İki illik proqram tələbələrə ingilis dili bacarıqlarını inkişaf etdirməyə imkan verib”.

Şagirdlər Xocalı rayonunun Kosalar, Başkənd və Yaloba kənd tam orta məktəblərini, Kəlbəcər rayonunun 9, 10 və 11 saylı tam orta məktəblərini təmsil ediblər: “ABŞ-də təhsil almış Azərbaycanın ingilis dili müəllimləri, habelə amerikalı müəllimlərdən tələbələrə keyfiyyətli ingilis dili dərslərini tədris ediblər”.

Səfirlik tədris zamanı göstərdikləri dəstəyə görə Təhsil Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, məktəb rəhbərliyinə, müəllimlərə və valideynlərə təşəkkür edib.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …