Şənbə , 23 Noyabr 2024
Drone Cameras

AMİP Mərkəzi Şurasının iclası keçirilib

Bu gün “Ambassador” oteldə AMİP Mərkəzi Şurasının iclası keçirilmişdir. AMİP Mərkəzi Şura sədri Aydın Əliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq təşkilati məsələyə baxılmış və Siyasi Şurada vakant olan iki yerə seçkilər keçirilmişdir. 
Sonra ölkədəki ictimai siyasi vəziyyətlə bağlı AMİP Siyasi Şura üzvü Əli Orucovun məruzəsi dinlənilmiş və məsələ ilə bağlı geniş müzakirələr aparılmışdır.
Daha sonra AMİP sədr əvəzi Arzuxan Əlizadə növbəti dönəmdə Partiyanın qarşısında duran vəzifələrlə bağlı çıxış etmiş və AMİP-in Növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələni müzakirəyə çıxarmışdır. Müzakirələrdən sonra Qurultayın çağırılması ilə bağlı qərar qəbul olunmuş, Qurultayın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirmək AMİP Siyasi Şurasına həvalə edilmişdir. Partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ ilə əlaqədar Rəşad Bayramov çıxış etmişdir. Müzakirələrin nəticəsi olaraq ölkədə seçki mühitini dəyərləndirərək Bələdiyyə seçkilərində iştirak etməklə bağlı yekin qərarın verilməsi Siyasi Şuraya həvalə edilmişdir. 
Qarabağla bağlı məsələni geniş müzakirə edən AMİP Mərkəzi Şurası aparılan danışıqların qeyri-səmərəliliyini, Qarabağın status ilə bağlı Ermənistanın sərgilədiyi qeyri-konstruktivliyi nəzərə alaraq bu yöndə danışıqların heç bir nəticə verməyəcəyini bəyan edərək, münaqişənin nizamlanmasının hərbi-siyasi yolunu məqbul saydığı və ATƏT çərçivəsində, eləcə də, bu istiqamətdə aparılan danışıqların dayandırılmasının vacibliyi ilə bağlı bəyanat qəbul etmişdir.
Mərkəzi Şuranın iclasında həmçinin “Köklü islahatlarla dəyişikliklərə doğru” platforması çərçivəsində işçi qrup tərəfindən hazırlanmış islahatlar paketi müzakirə edilmiş və sənədin imzalanması məqbul sayılmışdır.
İclasın sonunda Qətnamə qəbul edilmişdir. Qətnamədə Azərbaycan iqtidarının yürütdüyü daxili və xarici siyasətin illərdir dəyişməməsi və buraxılan səhvlərin ölkənin gələcəyi üçün ciddi və real təhlükə yaratdığı qeyd olunmuşdur. Demokratik dəyərlərdən uzaqlaşma, demokratik təsisastların və seçki sisteminin sıradan çıxarılması, yarıtmaz idarəçilik, cəmiyyətdəki qarşıdurma, aşırı sosial ədalətsizlik, eləcə də sosial qruplar arasında kəskin fəqrlərin və ziddiyətlərin yaranması, əhalinin sürətlə yoxsullaşması, korrupsiyanın və rüşvətxorluğun tüğyan etməsi, iqtisadiyyatın və maliyyənin bir qrup hakim elita nümayəndələrinin  əlində cəmləşdirilməsi kəskin tənqid olunmuşdur.  

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …