Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

ANAMA əməkdaşı Zəngilanda minaya düşüb

Dünən Zəngilanda mina partlayışı olub.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 darələrində rayonda minaya düşüb.

Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 51 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən  verilən məlumata …