Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Andrey Karlovla vida mərasimi bu gün keçiriləcək

Rusiyada Türkiyədəki keçmiş səfiri, dekabrın 19-da Ankaradakı fotosərgidə güllələnmiş Andrey Karlovla vida mərasimi bu gün keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin səfirə “Rusiya Qəhrəmanı” fəxri adını verib.

Dekabrın 20-də onun cənazəsi Vnukovo hava limanına gətirilib. Həmin təyyarə ilə Moskvaya mərhum səfirin anası və həyat yoldaşı da gəlib. Hava limanındakı qarşılanma mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iştirak ediblər.  

Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altınbaş tərəfindən silahlı sui-qəsd nəticəsində öldürülüb. 

Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir