Bazar , 2 Aprel 2023

DİN Masallıdakı qətllə bağlı məlumat yaydı: hadisə yerində 25 ədəd giliz tapılıb

Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonundakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü olaraq Lənkəran şəhər rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi “UZİ” markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Check Also

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir