Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Bakıda Formula-1 jurnalistikasına dair “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçiriləcək

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Formula-1 jurnalistikasına dair “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçiriləcək.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, yanvarın 24-25-də təşkil olunacaq tədbirdə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Mason təlimçi, Formula-1 yarışlarının rusiyalı peşəkar şərhçisi Aleksey Popov isə qonaq təlimçi qismində çıxış edəcəklər. Təlimə qeydiyyat dekabrın 21-dən başlayacaq. Müraciətlərin qəbulu gələn il yanvarın 15-dək davam edəcək.

Təlimin keçirilməsində məqsəd azərbaycanlı idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq həmkarlarının təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də Formula-1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Həmçinin təlim zamanı multimedia layihəsi keçiriləcək və onun çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları qrup şəklində nümayiş etdirmək fürsətinə sahib olacaqlar.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, Formula-1 Azərbaycan Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai yerli jurnalistləri bu əvəzolunmaz fürsətdən faydalanmağa dəvət edərək deyib: “Ötən ildən etibarən Azərbaycanda Formula-1 sahəsində maarifləndirmə işləri istiqamətində var gücümüzlə çalışırıq. İndiyədək idman sahəsi üzrə fəaliyyət göstərən yerli media nümayəndələri ilə dəfələrlə görüşlər keçirib, onlarda Formula-1-ə maraq və həvəs aşılamağa, eyni zamanda, bu haqda geniş təsəvvür yaratmağa çalışmışıq. Gələn ilin yanvarında təşkil olunacaq praktiki təlim də məhz yerli jurnalistlərin Formula-1 üzrə daha zəngin bilik və bacarıq qazanmalarına istiqamətlənib. Fürsətdən istifadə edərək idman sahəsində fəaliyyət göstərən və avtoidmana, xüsusən də Formula-1-ə böyük marağı olan bütün jurnalistləri bu təlimə qoşularaq bu əvəzsiz fürsətdən yararlanmağa çağırıram”.

ADBTİA-nın ixtisasartırma proqramları direktoru, rektorun xarici əlaqələr üzrə müşaviri Şəms Mustafayeva yeni layihədə tərəfdaş olmaqdan böyük məmnunluğunu bildirib: “Biz BŞH ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Formula-1 jurnalistikasının gələcək inkişafı üçün elmi mühitin yaradılmasında iştirak etməkdən məmnunluq duyuruq. Akademiyada baş tutacaq praktiki təlim iştirakçılara onların idmana və kommunikasiyaya olan həvəsini məhz bu sahə üzrə yüksək səviyyədə reallaşdırmağa imkan yaradacaq”.

Qeyd edək ki, təlimi uğurla başa vuran iştirakçılara BŞH, Akademiya və Dan Mason Media Şirkətinin diplomu təqdim olunacaq.

Təlimə yazılmaq istəyən namizədlər aşağıdakı keçidə daxil olaraq blankı doldurmalı və onu e-mail vasitəsilə mövzu hissəsində “Formula-1 jurnalistikası təlimi” qeyd etməklə [email protected]  elektron ünvanına göndərməlidirlər:

https://www.bakucitycircuit.com/az/media/xbrlr/222/drive-the-story-the-2017-grand-prix-of-azerbaijan-journalism-training 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir