Çərşənbə , 26 Yanvar 2022
Home » Dünya » Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb

Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb

UEFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə Azərbaycanın U-17 millisinin rəqibi Qazaxıstan yığması heyətini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq İdman Sarayında təşkil olunacaq yarış üçün Qazaxıstan millisi 26 futbolçunu heyətə daxil edib.

“C” qrupunda yer alan Qazaxıstan yığması, Azərbaycan, Litva və Slovakiya milliləri ilə üz-üzə gələcək.

Qazaxıstan millisinin heyətində – qapıçılar: Adaşbek Abdirazanov (“Ordabası”), Vladislav Sazonov (“İrtış”), Ali Yantijanov (“Kayrat”), müdafiəçilər: Dinmuxamed Kaşken, Talqat Kusyapov, Saqi Sovet (hamısı “Astana”), Samat Bortay, Saqadat Tursınbay (hər ikisi “Ordabası”), Erasıl Amanjolov (“Atırau”), Aybar Nurdaliyev (“Kayrat”), Danil Kuznetsov (“İrtış”), Sanjar Batırxanov (“Jetısu”), yarımmüdafiəçilər: Aydos Oral, Janali Payruz (“Şaxtyor”), Darın Suyunov, Nuralı Alip, Saqınış Serikov (hamısı “Kayrat”), Batır Kudayberdınov (“İrtış”), Qavril Kan (“Taraz”), Muxit Jaksılık (“Ordabası”), Alibi Tuzakbayev (“Almatı”), hücumçular: Muxit Jaksılık (“Ordabası»), Sultan Astanov, Janibek Baytursınov, Marlen Aymanov (hamısı “Kayrat”), Vladislav Kvon (“Yenbek”), ehtiyat oyunçular: Madi Jakipbayev, Jasulan Kayrkenov, Sultan Saqınayev, Ruslan Maxan (hamısı “Astana”), Erkebulan Seydaxmet (“Montajnik”), Danil Ustimenko və Andrey Ulşin (hər ikisi “Kayrat”) yer alıblar.

Check Also

Türkiyənin Samsun şəhərində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Türkiyənin Samsun 19 May Universitetində (Ondokuz Mayıs Üniversitesi) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş …