Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

Şübhəlinin şəxsiyyəti açıqlanıb

Berlində törədilən terror aktından sonra Almaniya Federal Prokurorluğu əhalidən əslən Tunisdən olan şübhəli Anis A-nın tutulmasına yardım göstərilməsini xahiş edib. Terrorçu olduğu ehtimal edilən şəxsin həbs edilməsinə gətirib çıxaracaq informasiyaya görə 100 min avro məbləğində mükafatlandırma elan edilib.

Prokurorluğun dekabrın 21-də Almaniyanın Karlsrue şəhərində açıqlanan məlumatında əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir. Sənəddə deyilir: “Özünüzü qoruyun, çünki bu adam zorakılığa meyilli və silahlı ola bilər”.

Anis A. Almaniyanın hakimiyyət orqanlarına ekstremist baxışları olan təhlükəli şəxs kimi məlumdur. 24 yaşlı tunislinin boyu 1,78 santimetr, çəkisi təqribən 75 kiloqramdır. Onun qara saçları və qonur gözləri var. Şübhəliyə rast gələnlərdən dərhal polisi məlumatlandırmaları xahiş edilir.

KİV-in məlumatına görə, Berlində törədilən terror aktında istifadə edilən yük maşınında Anis A-nın adına sənədlər, o cümlədən onun deportasiya olunmasının təxirə salınması barədə sənəd tapılıb. Güc strukturlarındakı mənbənin məlumatına görə, Anis A-nın bir neçə şəxsiyyət vəsiqəsi olub.

Bu işlə əlaqədar daha əvvəl həbs edilmiş pakistanlı dəlil-sübut olmadığına görə azadlığa buraxılıb.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir