Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Andrey Kortunov: “Rusiya-Azərbaycan Ekspert Şurası ikitərəfli münasibətlərin ən aktual aspektlərini müzakirə etməyə imkan verir”

“Rusiya-Azərbaycan Ekspert Şurası ikitərəfli münasibətlərin ən aktual aspektlərini müzakirə etməyə imkan verir”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclasında deyib.

O bildirib ki, dialoq effektiv olduğunu göstərib: “Biz artıq etimad mühiti yaratmışıq. Biz ikitərəfli münasibətlərin mürəkkəb kontekstdə inkişaf edən ən kəskin və incə məqamlarını müzakirə edirik. Ümid edirəm ki, bu format ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək”.

Öz növbəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev qeyd edib ki, şura çərçivəsində aparılan müzakirələr çox faydalıdır və regional təhlükəsizlik məsələlərinə toxunur.

Görüş zamanı həmçinin Azərbaycan və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş məqalələr toplusu təqdim olunub.

Check Also

İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Boyukmillet.com …