Bazar , 24 Noyabr 2024
Drone Cameras

Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın heykəlinin açılışı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib və onun xatirəsinə ucaldılmış heykəlinin açılış mərasimi olub”, – səfirliyin məlumatında vurğulanıb.

Qeyd edək ki, Əhməd Cavad 1893-cü il mayın 5-də Gəncə qəzasının Seyfəli kəndində anadan olub. Balkan müharibəsi dövründə o, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsinin tərkibində Osmanlı tərəfində cəbhəyə savaşmağa gedib.

Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi “Çırpınırdı Qara dəniz” şeiri Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adıyla məşhurdur.

Azərbaycanın Sovet işğalından sonra müxtəlif təzyiqlərə məruz qalan Əhməd Cavad sonda həbs edilir. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxunub. Başlanan məhkəmə cəmi 15 dəqiqə davam edib və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələnib.

Check Also

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. …