Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ankaradan terroru dəstəkləyən dövlətlərə sərt mesaj

“Beynəlxalq ictimaiyyət bilməlidir ki, dinc əhalimizə qarşı törədilən terror aktları bəzi dövlətlərin terror təşkilatlarına verdiyi dəstəyin birbaşa və dolayı nəticəsidir”.

Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun öz tviter səhifəsində yazıb.

“Əgər bu ölkələr Türkiyənin dostluğunu istəyirlərsə, terrora birbaşa və dolayı dəstəyini dərhal dayandırmalıdırlar”, – o qeyd edib.

F.Altun əlavə edib ki, terrorçuları cəzalandırmaq üçün əllərindən gələni edəcəklər: “ Terrorçular hələ də bu dəhşətli hərəkətlərlə millətimizi və hökumətimizi qorxuda biləcəklərini düşünürlərsə yanılırlar”. 

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …