Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Ermənistan büdcəsindən Qarabağa vəsait ayrılması beynəlxalq qanunlara ziddir” — AÇIQLAMA

“2023-cü ildə Ermənistan büdcəsindən Qarabağdakı separatçı rejimə maliyyə yardımının həcmi dəyişməyib”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli  deyib. O əlavə edib ki, bu, ötən ildəki kimi 144 milyard dram (təxminən 355 milyon dollar) təşkil edəcək. 

“Bu, Paşinyan hökumətinin daxili ictimai rəyə hesabladığı növbəti provakasiyasıdır. Həmçinin məlumdur ki xaricdəki erməni lobbisinin Qarabağa yönəlik ciddi maddi vəsaiti var və iqtisadi böhran yaşayan məğlub ölkənin belə bir addımı həmin vəsaiti leqallaşdırmaq məqsədi də daşıya bilər. Bütün hallarda Ermənistan büdcəsindən Qarabağa vəsait ayrılması beynəlxalq qanunlara ziddir və digər məqamlar kimi bu da cəfəng pafos olaraq qalacaq”.

Check Also

Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb

Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …