Bazar , 15 Noyabr 2026
Drone Cameras

Antalyadan Vladivostoka uçan təyyarə qəza enişi edib

Antalya-Vladivostok transkontinental təyyarəsi Rusiyanın Krasnoyarsk şəhərində qəza enişi edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Məlumatda deyilir ki, “Boeing 767” təyyarəsi Antalyadan Vladivostoka uçurmuş və Krasnoyarsk üzərində olarkən təcili eniş əmri verilib.

İlkin məlumatlara görə, təyyarədə texniki problemlər yaranıb.

Zərərçəkənlər barədə məlumat yoxdur. Hava laynerində olan sərnişinlərin sayı dəqiqləşdirilir.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …