Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Antoni Blinken İlham Əliyevə zəng edib

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd edib.

Dövlət başçısı Azərbaycanın sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini bildirib.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …