Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Aİ-nin ali nümayəndəsi ilə Ermənistan XİN başçısı arasında telefon danışığı olub

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Josep Borrel tviter səhifəsində yazıb.

O, bildirib ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər: “Hərbi əməliyyatlar dayandırılmalı və atəşkəsə hörmət edilməlidir”.

Borrel xatırladıb ki, Aİ gərginliyin azaldılması istiqamətində səylərini davam etdirməyə hazırdır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …