Cümə , 22 Noyabr 2024
Drone Cameras

Apelyasiya məhkəməsi Milli Məclisə işə düzəltmək adı ilə vətəndaşdan pul alanla bağlı qərar verib

Dələduzluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyevanın apelyasiya şikayəti təmin edilməyib.

Apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.
Qeyd edək ki, O, 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, O, X.Əyyubzadə adlı şəxsi Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini yalan vəd edərək 55 min manat alıb. Hökümə Əliyeva həmin şəxsə aylıq 2500 manata yaxın maaş alacağını deyib.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …