Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

AQC-nin Hesabat-Seçki Konfransı keçiriləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 3 may 2025-ci il tarixində VIII Hesabat-Seçki Konfransını keçirəcək. 

Konfransda Cəmiyyətin son illərdəki fəaliyyəti ilə bağlı hesabat təqdim olunacaq. AQC-nin sədri, İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni üzvləri seçiləcək. Tədbir çərçivəsində qiymətləndirmə sahəsinin aktual problemləri və sektorun inkişaf perspektivləri müzakirə olunacaq.

Konfransda dövlət rəsmiləri, Milli Məclis deputatları, ictimai xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər. Həmçinin qiymətləndirmə sahəsində fəaliyyət göstərən ekspertlər və mütəxəssislərin də tədbirə qatılması nəzərdə tutulur.

Tədbir gününə Ulu Öndər Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə start veriləcək. Daha sonra təşkilati məsələlər müzakirə olunacaq, hesabat məruzələri təqdim ediləcək, rəsmi qonaqlar çıxış edəcək və gizli səsvermə yolu ilə yeni rəhbərlik seçiləcək. Konfransın sonunda Azərbaycan Qiymətləndiriciləri adından Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlanacaq.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …