Şənbə , 7 Sentyabr 2024
Drone Cameras

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı tərəfindən qəbul edilib. Görüşdə AQC sədrinin beynəlxalq məsələlər üzrə müavini, TDQBŞ İcrayyə Komitəsinin sədrinin müavini Fərid Rüstəmov da iştirak edib.

Boyukmillet.com xəbər verir ki, Vüqar Oruc son iki ildə AQC sədri kimi fəaliyyəti fəaliyyəti,  “Qiymətləndirmə fəaliyyəti haqqında” qəbul olunan yeni qanun, Türk dövlətləri qiymətləndiricilərinin əməkdaşlığı və gələcək planlar barədə cənab fövqəladə və səlahiyyətli səfiri məlumatlandırıb.

AQC sədri Cahit Bağçıdan TDQBŞ qeydiyyat problemləri ilə bağlı Türkiyə dövlət qurumlarının dəstəyini xahiş edib. TDQBŞ qeydiyyatı, habelə türk dövlətlərinin digər peşələr istiqamətdəki əməkdaşlıq qurumlarının rəsmiləşdilirməsi yolları barədə müzakirə aparılıb. Cahit Bağçı türk dövlətlərinin və türk dövlət başçılarının ümumtürk birliyi istiqamətində fəaliyyətinin ictimai sektorda davamı kimi AQC-nin və TDQBŞ-nin fəaliyyətini izlədiyini və təqdir etdiyini bildirib. Sonda Vüqar Oruc və Fərid Rüstəmov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinə qəbul, ətraflı müzakirə və dəstək üçün təmsil etdikləri qurumlar adından minnətdarlıqlarını bildiriblər.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …