Şənbə , 23 Noyabr 2024
Drone Cameras

AQTA bu il məhv etdiyi yararsız məhsulun həcmini açıqlayıb

“Bu ilin 9 ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində 345 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb, 131 müəssisənin tam sağlamlaşdırılması təmin edilib”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.

O bildirib ki, bu sahədə şəffaflığın artırılması və işin daha səmərəli aparılması üçün bir sıra məqsədyönlü işlər görülüb.

AQTA sədri söyləyib ki, həmçinin qida obyektlərində həyata keçirilən bütün yoxlamalar planşetlərdən və yaxa kameralarından istifadə etməklə həyata keçirilir:

“Bu ilin 9 ayında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində, ümumilikdə, 115 baş, 1972 ton, 297146 litr və 37 902 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsulların məhv edilməsi, 20 ton məhsulun utilizasiyası təmin olunub. Təqdirəlayiq hal odur ki, son illər vaxtı keçmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə müraciət edən sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. Agentlik tərəfindən həmin məhsullar məhv edilərək təkrar dövriyyəyə daxil olunmasının qarşısı alınır”.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …