Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını aldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kq-a yaxın at əti aşkarlayıb.

AQTA-dan Open.az-a verilən məlumata görə, yoxlama zamanı ferma tipli tikililərdə 4 baş at, qoyun və keçilərin kəsim üçün saxlanıldığı müəyyən edilib.

Götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Check Also

Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib

Bakı Hərbi Məhkəməsində aprelin 10-da davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını …