Cümə , 22 Noyabr 2024
Drone Cameras

AQTA sədri sahibkarlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə sahibkarlara müraciət edib.

“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 dekabr 2018-ci il tarixli qərarı ilə hər il iyunun 7-də Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd edilir.

Dünya əhalisi hər il artdıqca, qida istehlakı da eyni sürətlə artır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də əhalinin qida məhsulları ilə təhlükəsiz və etibarlı təminatı dövlətin strateji hədəfləri sırasında yer alır. Bu günün mahiyyətindən irəli gələn müasir çağırışlara dayanaraq, hamınızı bir daha ölkədə əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə yaxından iştirak etməyə dəvət edirəm.

İnanıram ki, birgə səylərimiz və səmərəli əməkdaşlığımız çərçivəsində əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsi istiqamətində qarşıya qoyulan hədəflərə ən yüksək səviyyədə nail olunmasında hər kəs öz məsuliyyətini dərk edərək, fəaliyyətini məhz bu istiqamətdə qurmağa davam edəcək və bununla da vətəndaşlarımızın rifahı, milli genefondumuzun qorunması işinə əhəmiyyətli töhfə veriləcək”.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …