Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxs həbs edilib

Ermənistanın hazırkı xarici işlər naziri Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxslərdən biri 2 ay müddətinə həbs edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda istintaq davam edir.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalandığı gün A.Mirzoyana hücum olub. A.Mirzoyan həmin vaxt Ermənistan parlamentinin spikeri vəzifəsində çalışırdı.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …