Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Araşdırmaçı yazar: Hər gün bir qələbə xəbəri eşitmək üçün səbrsizlənirik

Bu sözləri qardaş Türkiyədə yaşayan araşdırmaçı yazar Qərbi azərbaycan icmasının Ankara təmsilçisi Dr. Derya Akdemir deyib. Dərya Akdemir bildirib ki, dünyanın harasında yaşamasından asılı olaraq Ali Baş komandan cənab İlham Əliyevi özünə lider sayan dünya azərbaycanlılarının hal hazırda bir aydan çoxdur ki, Azərbaycandadır. Yaşanan hadisələrin, işğal altından xilas edilən torpaqların hər bir azərbaycanlı kimi onları da qürurlandırdığını deyən araşdırmaçı yazar 27 sentyabr tarixindən etibarən Azərbaycanın Qarabağda tarix yazdığını sözlərinə əlavə edib: “Son iki yüz illik tariximizdə ali baş komandan İlham Əliyevin rəhbərliyi altında, onun ətrafında sıx birləşərək xalqımız tarix yazır. Bu tarixin davamlı olacağından adımız kimi əminəm. Son qarış torpağımıza şanlı bayrağımız sancılana kimi bu haqlı mübarizəmiz davam edəcək. Dünyadan bizə nə qədər təzyiqlər olursa olsun biz haqlı olduğumuzu bilirik. Mənə hər zaman bir məqam maraqlı gəlib: bu dünya indiyə kimi məgər bizim haqlı olduğumuzu görmürdümü? Fərqində deyildimi biz haqsızlığa məruz qalmışıq, bizim torpaqlarımız işğal olunub? Görürdü, fərqində idi, ikili standartlarla hadisələrə yanaşan dünya hər zaman bizi görməzsən gəldi. İndi isə bizim öz torpaqlarımız uğrunda haqlı mübarizəmizi görür və müxtəlif vasitələrlə: yalan informasiyalarla, qərəzli verilən suallarla bizim haqlı davamıza kölgə salmağa cəhd edirlər. Amma bir şeyi unudurlar ki, bizim xalqımız ağı qara seçməyi bacarır. Bizim ətrafında sıx surətdə birləşdiyimiz cənab Ali baş komandanımız var və Ali baş komandanımız dünyada yeni nəsil siyasətçilər arasında öz layiqli yerini çoxdan tutub və Azərbaycan artıq onun uğurlu siyasəti sayəsində uğurdan uğura inamla irəliləyir. Bizim də ürəyimiz Azərbaycandadır, onun qələbəsi ilədir və ınşaallah i qələbəmizi Şuşada qeyd edəcəyik.”

Boyukmillet.com

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …