Bazar , 28 Aprel 2024
Drone Cameras

Arestoviç: “Rusiya ilə uzun və qanlı münaqişəyə hazır olmalıyıq”

“Rusiya ilə uzun və qanlı münaqişəyə hazır olmalıyıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın Qərb silahlarını lazımi miqdarda toplamasının qarşısını almaq üçün onları tükətməyə çalışır.

“Bu, əks-hücum üçün qüvvə toplamağımıza mane olur. Müharibənin əvvəlində olduğu kimi heç bir təhlükə olmayacaq. Lakin biz uzun müddət mübarizə aparmalı və bütün bu hücumları dayandırmalı olacağıq”, – Arestoviç bildirib.

Qeyd edək ki, bu yaxınlarda Arestoviç müharibənin vaxtı ilə bağlı proqnozunu yeniləyib və bunun 2042-ci ilə qədər davam edə biləcəyini, lakin fərqli formatda olacağını bildirib.

Check Also

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Ermənistanda müqavilə ilə işləyən bir qrup hərbçi ordu sıralarında xidmətdən istefa verib. Boyukmillet.com xəbər verir ki, …