Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Argentina Prezidenti parlamentin növbədənkənar iclasını çağırıb

Argentina Prezidenti Xavyer Miley parlamentin növbədənkənar sessiyasını çağırıb. Məqsəd vergi və dövlətin fəaliyyəti sahəsində islahatlarla bağlı qanun layihələrinin nəzərdən keçirilməsidir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

“2023-cü il dekabrın 26-dan 2024-cü il yanvarın 31-dək növbədənkənar sessiya çağırılsın”, – prezidentin göstərişində bildirilib.

Qeyd edilib ki, məktubda baxılması üçün 11 mövzu, o cümlədən dövlətin fəaliyyəti sahəsində islahatlara dair qanun layihəsi müəyyən edilib.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …