Cümə , 20 Fevral 2026
Drone Cameras

Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib – FOTO

27 noyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 109 №-li tam orta məktəbdə Naxçıvanski küçəsi 3, 5, 9, 11, K.Balakişiyev küçəsi 46a, 46, M.Abbasov küçəsi 41, 43 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri əsasən məhəllədəki ağacların budanması, dam örtüklərinin və kanalizasiya sisteminin təmiri, küçə işıqlarının bərpası, məhəllədaxili yolların asfaltlanması və s. məsələlərlə bağlı olub.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər rayon rəhbəri tərəfindən dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …