Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən aidiyyəti ASAN Xidmət və ASAN Kommunal mərkəzlərinin fəaliyyəti də məhdudlaşdırılacaq.

ASAN Xidmətdən verilən məlumata görə, Bakı şəhərindəki bütün ASAN Xidmət və ASAN Kommunal, həmçinin Sumqayıt və Gəncə regional ASAN Xidmət mərkəzlərinin fəaliyyəti 5 iyun saat 14:00-dan 8 iyun 2020-ci il saat 09.00-dək dayandırılır.

Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər. 

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …