Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ASCO: “Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb.

Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, “Kəlbəcər” tankerinin istismara verildiyi 4 il ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib. Bu səfərlər çərçivəsində tankerlə 384,443 ton neft və neft məhsulu daşınıb.

Hazırda xarici sularda üzən “Kəlbəcər” gəmisinin yükgötürmə qabiliyyəti 7 800 ton, uzunluğu 141, eni 16,9 metrdir.

Xatırladaq ki, “Kəlbəcər” tankerinin istismara verilməsindən 4 il ötür. ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan “Kəlbəcər” 10 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Əlavə edək ki, ümumilikdə indiyədək BGZ-də ASCO üçün dörd tanker tikilib və təhvil verilib, daha üç tankerin inşası isə hazırda davam etdirilir.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …