Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı kəskin azalıb

İranla Azərbaycan arasında Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı 70% azalıb.

Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına zərurət olmadıqca qonşu ölkəyə səfərlərin təxirə salınması ilə əlaqədar etdiyi xəbərdarlıq səbəb olub. 

Hazırda Astara postu gücləndirilmiş rejimdə işləyir. Koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər və dezinfeksiya işləri ən yüksək səviyyədə həyata keçirilir.

Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayevin sözlərinə görə, Mərkəzi Gömrük Hospitalının həkim briqadası 24 saat müddətində çalışır. Beynəlxalq yükdaşımalar normal şəkildə həyata keçirilir. Yük avtomaşınları stasionar qurğudan keçərək dezinfeksiya olunur. Vətəndaşların sağlamlığı baxımından qısa fasilələr olur. Havalandırma aparılır.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …