Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

ATƏT-in Varşava toplantısı – VİDEO

İllik toplantıda əsas müzakirə mövzusu media olub

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantı öz işini davam etdirir.

Tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Sessiya çərçivəsində jurnalistlərin təhlükəsiz fəaliyyətinin təmin olunması ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Azər Həsrət ölkəmizdə media azadlığının təmin olunmasından danışıb.

Amerika nümayəndəsi Azerbaycanın REAL TV-ni hakimiyyət yönümlü olmaqda ittiham etdi. Bu televiziya kommersiya kanalıdır, daha dəqiq desək müstəqil tv kanalıdır. Hətta bu kanal Azadlıq Radiosundan 100 dəfə müstəqlildir.

Sevinc Osmanqızı məsələsinə gəlincə bu xanim jurnalist hansi ki indi Amerikada yaşayır, Azərbaycanda yaşayarkən dövlət televiziyasında fəalliyət gostərib, daha sonra Azərbaycan Xarixi İşlər Nazirliyində işləyib.

Onun bu dövrdə Azərbaycanda heç bir problemi olmayıb. O Amerikaya köçdükdən sonra qefildən müxalifyonlu jurnalistə çevrilib və hamiya qara yaxmağa başlayib, o cümlədən də REAL TV-ə.

Mən ümid edirəm ki, belə məsələlər insanlari çaşdırmayacaq.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …