Bazar , 7 Dekabr 2025
Drone Cameras

Ata Abdullayevin xüsusi ittiham qaydasında iddiası icraata götürüldü

Tanınmış videoblogger Ata Abdullayev son dövrlər təxribatçı fəaliyyəti ilə gündəmə gələn, müxtəlif dövlət məmurları və şəxsləri şərləməklə diqqətçəkən Sevinc Hüseynovanı məhkəməyə verib.

Bu gün Füzuli Rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə iddia xüsusi ittiham qaydasında icraata götürülüb və növbəti məhkəmə baxışı iyul ayının 6-na təyin edilib.

Məsələ ilə bağlı danışan Ata Abdullayev bildirib ki, S.Hüseynova ölkədə qarışıqlıq yaratmağa, nüfuzlu şəxsləri, o cümlədən onu ləkələməyə çalışır: “O və onun kimi adamlar nəhayət başa düşməlidir ki, hamı qanun qarşısında bərabərdir. Mən onun həbsini tələb edirəm. Bu gün məhkəmədə ilkin baxış keçirildi və iddiam xüsusi ittiham qaydasında icraata götütüldü. İnanıram ki, məhkəmə obyektiv qərar verərək, ədaləti təmin edəcək”.

Check Also

DTX ƏMƏLİYYAT KEÇİRDİ: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.Boyukmillet.com xəbər …